Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya səfər edib. 31 oktyabr 2022-ci ildə Rusiyanın Soçi şəhərində üçtərəfli görüş keçirilib. Əvvəlcə Rusiya Prezidenti Vladimir Putin Paşinyanla görüşüb. Bu ikitərəfli görüşdə Putin qeyd edib ki, Bakı ilə İrəvan arasındakı münaqişəyə son qoyulmalıdır. Rəsmi Moskva bu prosesi dəstəkləyir. Baş nazir də bildirib ki,Ermənistan və Azərbaycan arasında münasibətlərin qurulması üçün Rusiyanın təklif etdiyi yanaşmalar İrəvan üçün məqbuldur.Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirildi. Vladimir Putin Prezidentimizi salamlayaraq çıxışa başlayıb. Görüşün məqsədini qeyd edərək bildirib ki, 2020-ci il və 2021-ci illərdə nail olduğumuz bütün razılaşmaların yerinə yetirilməsini təmin etməkdir. Biz bugünki vəziyyətdə yaranmış şəraitlə bağlı danışmaq, həll edilməmiş məsələlərin həlli yollarını tapmaq üçün yığışmışıq. Bununla əlaqədar üçtərəfli işçi qrupu yaradılıb. Bu qrupa baş nazirlərin müavinləri rəhbərlik edir. Vladimir Putin sonda qeyd edib ki, Azərbaycan tərəfi həmişə razılaşmalarda fəal iştirak edir.İkitərəfli görüş zamanı Putinin çıxışı bitdikdən sonra Prezidentimiz Cənab İlham Əliyev çıxışa başlayıb. İlham Əliyev çıxışında qeyd edib ki, bugünki görüş bizim regional məsələlərə həsr edilib. Cənab Prezident Qarabağ münaqişəsinin nizamlanmasında roluna görə Putinə bir daha təşəkkürünü bildirib. İndi Azərbaycan -Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində danışıq və hərəkət etmək vaxtıdır. Bilirik ki, iki il əvvəl imzalanmış üçtərəfli bəyannamə 30 ilə yaxın olan münaqişəyə son qoydu. Bu məsələdə sizin şəxsi rolunuzu yüksək qiymətləndiririk. Bu cür üçtərəfli görüşlər çox keçirilib və normallaşma prosesinə nail olunub. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün Azərbaycan 5 əsas prinsip irəli sürüb. Cənab Prezidentimiz ikitərəfli görüşdə sonda "Qarabağ münaqişəsi artıq tarixdə qalıb. İki il bundan əvvəl həll edilib. Müzakirə edilməli məsələ yoxdur. Azərbaycan -Ermənistan münasibətlərinin normallaşdırılması isə ciddi addımlar tələb edir. Bu məqsədlərə nail olmaq üçün şəxsən sizə və Rusiyanın roluna ümid bəsləyirik." qeyd edib. İkitərəfli görüşlər bitdikdən sonra Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü başlayıb. Bu görüşdə Azərbaycan -Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunub. Görüş iki saatdan çox davam edib. Rusiya Azərbaycan və Ermənistanın gələcəyi ilə bağlı razılığa gəlməyi nümayiş etdirib. Vladimir Putin qeyd edib ki, Rusiya nizamnaməyə nail olmaq üçün hər şey edəcək. İlham Əliyev və Nikol Paşinyanla birgə bəyanatın razılığını bildirib. Bəyanatda aşağıdakılar yer alıb.- Ölkələrin suverenliyi və ərazi bütövlüyü məsələsinə xüsusi diqqət yetirilir.-Qarabağla bağlı məsələlər Azərbaycanın daxili işləridir.Yekun bəyanata əsasən tərəflər Azərbaycan -Ermənistan münasibətlərinin normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin, davamlı iqtisadi inkişafın təmin edilməsi naminə göstərilən bütün razılaşmalara riayət edilməsinə sadiq olunacağı təsdiq edilib.Tərəflər güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməklə çəkinmək və problemli məsələləri BMT Nizamnaməsinə və 1991- ci il Almata Bəyannaməsinə uyğun olaraq, ərazi bütövlüyünü-suverenliyin, sərhədlərini,sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması əsasında razılığa gəlinib.Azərbaycan-Ermənistan arasında ictimaiətin, ekspert birliklərinin nümayəndələri və dini lider arasında dialoqu davam etdirmək, iki ölkənin xalqları arasında etimadı möhkəmləndirmək məqsədilə üçtərəfli müsbət ab-hava formalaşmasının vacibliyi vurğulanıb.Döyüş meydanında qələbə qazanan Ali Baş Komandanımız siyasi müstəvidə də qətiyyətini göstərməkdə davam edir. Ölkə başçısı hər görüşdə, beynəlxalq tədbirlərdə Azərbaycanın haqlı mövqeyini nümayiş etdirir.Nazilə Məmmədova,Xocalı rayonundan məcburi köçkün, şəhid bacısı